Sahibkarlar üçün distant formada korporativ hüquq təliminə başlanılıb
Tarix: 18-04-2020 14:23 | Bölmə: İqtisadiyyat
Sahibkarlar üçün distant formada korporativ hüquq təliminə başlanılıb

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi fəaliyyətini distant formada davam etdirir.

KOBİA-dan Reyting.az-a bildirilib ki, aprelin 17-dən etibarən Xaçmaz KOB İnkişaf Mərkəzində distant formada “Korporativ hüquq” təlimlərinə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi təlim 4 gün davam edəcək.

Təlim çərçivəsində KOB-lara əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə və s. barədə ətraflı məlumat veriləcəkdir.

“Korporativ hüquq” təliminə qoşulmaq istəyən sahibkarlıq subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (Telefon/Whatsapp: 055 222 15 04 (Rauf Əliyev), e-mail: khachmazkobim@gmail.com).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}