20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyalı nazir: “Neft və qaz hasilatı layihələrinə investisiyalar azalacaq”
Tarix: 29-04-2020 11:30 | Bölmə: İqtisadiyyat
Rusiyalı nazir: “Neft və qaz hasilatı layihələrinə investisiyalar azalacaq”

“2020-ci ildə dünyada neft və qaz layihələrinə azı 100 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşunun təxirə salınacağı gözlənilir, daha 110 milyard ABŞ dolları risk altındadır”.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak “Qazeta.ru”ya müsahibəsində deyib.

“Beləliklə, koronavirus və neft qiymətlərinin aşağı düşməsi səbəbi ilə kapital qoyuluşunun azalması 30%-ə çata bilər. Hasilat sahəsində yeni layihələrinin üçdə ikisi 2021-ci ilə qədər və ya daha sonrakı müddətə təxirə salına bilər, yeni LNG zavodları da ciddi əziyyət çəkə bilər”, - nazir bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər