20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırılıb
Tarix: 04-05-2020 12:59 | Bölmə: İqtisadiyyat
Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırılıb
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, bu səlahiyyət ölkə başçısının 1 may 2020-ci il tarixli fərmanı ilə AKİA-nın Əsasnaməsinə edilmiş əlavəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirən quruma həvalə olunub.

AKİA-nın sədri Mirzə Əliyevin sözlərinə görə, yeni səlahiyyət imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdırılsın, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparılsın.

Agentlik sədri əlavə edib ki, qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir. Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir.

Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün POS-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür. İlk olaraq bu qayda ilə ötən ilin payızlıq əkinləri üçün əkin subsidiyası və pambıq üçün məhsul subsidiyası ödənilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər