Sosial yardımın təyin olunması müddəti azaldıla bilər
Tarix: 07-05-2020 14:23 | Bölmə: İqtisadiyyat
Sosial yardımın təyin olunması müddəti azaldıla bilər

Sosial yardımın təyin olunması müddəti azaldıla bilər.

APA-nın məlumatına görə, bu, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması, ailələrin bilərəkdən onların sosial yardım almaq hüququna və sosial yardımın məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə sosial yardımın təyin olunmasına çalışmalarına səbəb olur. Ailənin gəlirləri dəyişkən olduğuna görə, uzunmüddətli təyinat zamanında sosial yardım işlərinə nəzarət çətinləşir, həm də ailənin gəlirində baş vermiş dəyişikliklə bağlı bilməyərəkdən məlumat verilmədikdə 1 illik məhdudiyyət tətbiq olunur. Həmçinin, aparılan monitorinqlər zamanı ailələrin qanunsuz hərəkətləri nəticəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımı işləri bəzi hallarda 1 ildən gec müddətə aşkar olunur ki, bu da dövlət büdcəsinin vəsaitinin itkisinə səbəb olur.

Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər