20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
125 minə yaxın sahibkar maliyyə dəstəyi üçün müraciət edib
Tarix: 08-05-2020 14:58 | Bölmə: İqtisadiyyat
125 minə yaxın sahibkar maliyyə dəstəyi üçün müraciət edib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Reyting.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 26 495 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 98 504 fərdi (mikro) sahibkar, ümumilikdə 124 999 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 252 065 işçini əhatə edən 26 495 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 90 290 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45 147 min manat təşkil edir. Mayın 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 564 vergi ödəyicisinə 190 156 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42 950 min manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 89 742 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 54 280 min manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 52 150 min manat vəsaitin 85 814 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər