Azərbaycan nefti yenidən ucuzlaşıb
Tarix: 12-05-2020 10:56 | Bölmə: İqtisadiyyat
Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 2,14% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 30,66 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər