Türkiyədə ən çox ev alan əcnəbilərin statistikası açıqlanıb
Tarix: 12-05-2020 17:59 | Bölmə: İqtisadiyyat
Türkiyədə ən çox ev alan əcnəbilərin statistikası açıqlanıb

Türkiyədən ən çox yaşayış evi alan əcnəbilərin statistikası açıqlanıb.

Reyting.az
“Anadolu”-ya istinadla xəbər verir ki, 2015-ci ildən bəri ilk dəfə fevral və mart aylarında liderlik iranlılara keçib.

İranlılara satılan evlərin sayı ilin ilk rübündə (2019-cu ilin eyni dövrü ilə müqayisədə) 97 faiz artaraq 946-dan 1864-ə çatıb. İranlıların 2019-cu ildə aldığı evlərin sayı 5 min 423 olub.

Bundan əvvəl liderlik iraqlılarda idi. Hazırda onlar ikinci sıradadır.

2020-ci ilin ilk rübündə ən çox ev alan əcnəbilərin siyahısında sonrakı yerləri Rusiya, Əfqanıstan, Fələstin, Yəmən, Azərbaycan, Almaniya, Liviya və Çin vətəndaşları tutur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}