BP: "Pandemiyadan sonra da neft tələbat azala bilər"
Tarix: 12-05-2020 17:59 | Bölmə: İqtisadiyyat
BP: "Pandemiyadan sonra da neft tələbat azala bilər"

BP şirkətinin rəhbəri Bernard Luni koronavirus (COVID-19) pandemiyasından sonra qlobal neft tələbatının azalmasını istisna etmir.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir .

“Neftə olan tələbatın azalması ehtimalları artır”, - deyə B. Luni qeyd edib.

Onun sözlərinə görə, səyahətlərdə ehtiyacı azaldaraq, uzaqdan işləməyə imkan verən texnologiyaların istifadəsi pandemiyadan sonra uzun müddət də davam edə bilər.

B. Luni onu da vurğulayıb ki, pandemiyanın yayılması gələcək illərdə neftlə bağlı problemləri daha da artırır, çünki səyahətlərə qoyulan qadağaları və məhdudiyyətlər neftə olan istehlakı üçdə bir azaldıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər