Elman Rüstəmov: “Obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir”
Tarix: 13-05-2020 11:33 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: “Obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir”

“Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“Müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir. Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərən, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompenssiya alacaq”, - deyə o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər