Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb
Tarix: 22-05-2020 16:54 | Bölmə: İqtisadiyyat
Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,404 milyard ABŞ dolları, yaxud 1,6% azalaraq 84,429 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 35,535 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 851 milyon ABŞ dolları, yaxud 2,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,255 milyard ABŞ dolları, yaxud 4,4% azalaraq 48,894 milyard ABŞ dolları təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər