Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib
Tarix: 23-05-2020 12:33 | Bölmə: İqtisadiyyat
Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib

Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub.

Türkmənistanın Dövlət İnformasiya Agentliyi xəbər verib ki, onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub.

Qeyd olunub ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Agentlikdən verilən məlumata görə, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər