Rusiya banklarından 8 milyard dollar əmanət çıxarılıb - 4 ay ərzində
Tarix: 27-05-2020 15:37 | Bölmə: İqtisadiyyat
Rusiya banklarından 8 milyard dollar əmanət çıxarılıb - 4 ay ərzində

Bu ilin aprel ayında Rusiya vətəndaşları ölkə banklarından 1,1 milyard ABŞ dolları məbləğində əmanət çıxarıb.

Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Məlumata görə, mayın 1-nə fiziki şəxslərin banklardakı əmanətləri 88,2 milyard ABŞ dolları təşkil edib ki, bu da aprelin 1-i ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, qonşu ölkədə bank əmanətərinin azalması tendensiyası bu ilin əvvəlindən, rublun ucuzlaşmasının təsiri ilə yaranıb. 4 ay ərzində əmanətlərdə 8,3 milyard ABŞ dolları azalma olub ki, bunun da əsas hissəsi - 5 milyard ABŞ dolları mart ayının, 2,2 milyard ABŞ dolları isə yanvar-fevral aylarının payına düşüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər