OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək
Tarix: 05-06-2020 11:05 | Bölmə: İqtisadiyyat
OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək

Neft hasilatının azaldılması barəsində razılığa gələn ölkələr iyunun 6-da iki görüş keçirməyi planlaşdırırlar.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Belə ki, əvvəlcə OPEC ölkələri, sonra bütün "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) iştirakçı dövlətlərinin görüşləri keçiriləcək.

Görüşün vaxtı hələlik rəsmi olmamasına baxmayaraq, şənbə günü görüşlərin keçirilməsi çərçivəsində hazırlıqlara başlanılıb.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.(APA-Economics)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər