Azərbaycan banklarında dollara tələb azalıb
Tarix: 11-06-2020 12:54 | Bölmə: İqtisadiyyat
Azərbaycan banklarında dollara tələb azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Reyting.az-a verilən məlumata görə, hərracda tələb 40,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22,5% və ya 12 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər