11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bolqarıstanın iki vilayətindən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyulub
Tarix: 17-06-2020 15:22 | Bölmə: İqtisadiyyat
Bolqarıstanın iki vilayətindən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

AQTA-dan Reyting.az-a daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}