Maliyyə naziri: “Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq”
Tarix: 19-06-2020 14:41 | Bölmə: İqtisadiyyat
Maliyyə naziri: “Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq”

Bu il Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 ABŞ dollar nəzərdə tutulsa da, aprel-may aylarında qiymət bundan aşağı olub". 

Reyting.az
xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Qiymət tədricən bərpa olunsa da, müvəqqəti ucuzlaşma şübhəsiz ki, müəyyən kəsirlərə səbəb olacaq. Koronavirus (COVID-19) pandemiyas; nəticəsində iqtisadi fəallıq, o cümlədən investisiya qoyuluşu üzrə fəallıq zəifləyib. Bunun nəticəsində qeyri-neft sektorundan vergi daxilolmalarının azalması gözlənilir. Azalma daha çox ilin II yarısına təsadüf edəcək”, - deyə nazir qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər