Azərbaycanın maliyyə hesabı üzrə proqnoz açıqlanıb
Tarix: 23-06-2020 10:27 | Bölmə: İqtisadiyyat
Azərbaycanın maliyyə hesabı üzrə proqnoz açıqlanıb

Bu il ərzində neftin 1 barelinin orta qiymətinin 35 ABŞ dolları olduğu təqdirdə Azərbaycanın tədiyə balansının maliyyə hesabının ÜDM-ə nisbəti 3,6 faiz bəndi azalacaq.

Reyting.az
-ın məlumatına görə, bu barədə "Moody's Investors Service" şirkətinin araşdırmasında deyilir.

Araşdırmada qeyd olunub ki, 2021-ci ildə neftin orta qiymətinin 45 dollar səviyyəsində olan ssenaridə isə ölkənin maliyyə hesabının ÜDM-ə nisbətinin 3,1 faiz bəndi azalacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının maliyyə hesabının kəsrinin real ÜDM-ə nisbəti 12,9 faiz təşkil edib. Maliyyə hesabı ölkənin xalis xarici maliyyə aktivlərini və xalis xarici maliyyə öhdəliklərini əks etdirir. Bura müxtəlif növ sərmayə axınları, yaranmış maliyyə öhdəlikləri və tələbləri aiddir (birbaşa və portfel investisiyalar, kreditlər və ssudalar, nağd valyuta və depozitlər və digər).

"Moody's"in araşdırmasına görə, bu, neft ixracatçıları arasında orta bir göstəricidir. Digər karbohidrogen ixracatçılarına gəldikdə, ən böyük azalmalar İraq, Küveyt və Omanda qeydə alınacağı gözlənilir. Bu ölkələrin təkcə cari ildə maliyyə hesabının ÜDM-ə nisbətinin müvafiq olaraq 6,8, 6,3 və 4,7 faiz bəndi azalacağı proqnozlaşdırılır. Bu göstəricidə ən zəif azalmanın Papua-Yeni Qvineya, Qabon, Qazaxıstan və Rusiyada olacağı gözlənilir. Proqnoza görə, sözügedən ölkələrdə 2020-ci ildə maliyyə hesabının ÜDM-ə nisbəti müvafiq olaraq 0,4, 0,8, 1 və 1,3 faiz bəndi azalacağı gözlənilir.(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər