Deputat: "Bələdiyyələrə dotasiyalar hələ də ayrılmayıb”
Tarix: 25-06-2020 11:59 | Bölmə: İqtisadiyyat
Deputat: "Bələdiyyələrə dotasiyalar hələ də ayrılmayıb”

“Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb”.

Bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.

O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir:

“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.

Deputat Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair tez qərar qəbul olunsun/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər