Mərkəzi Bank: "Problemli kreditlər azalıb"
Tarix: 25-06-2020 16:10 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank: "Problemli kreditlər azalıb"

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 084,8 milyon manat təşkil edib.

Reyting.az
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 12% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 14,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,4% azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət aprelin sonuna 8,1%, ötən ilin sonuna 8,3%, ötən il mayın sonuna isə 11,3% olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər