Neftin qiyməti 40 ABŞ dollarından aşağı düşdü
Tarix: 25-06-2020 16:48 | Bölmə: İqtisadiyyat
Neftin qiyməti 40 ABŞ dollarından aşağı düşdü

Koronavirusa yoluxanların sayının artması ilə investorlar arasında tələbatın kəskin azalması qorxusu nefti yenidən ucuzlaşdırıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,39% azalaraq 39,75 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,76% azalaraq 37,34 ABŞ dolları olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər