BMT rəsmisi: "Virusa qalib gəlməsək, iqtisadiyyat da bərpa olunmayacaq"
Tarix: 25-06-2020 17:49 | Bölmə: İqtisadiyyat
BMT rəsmisi: "Virusa qalib gəlməsək, iqtisadiyyat da bərpa olunmayacaq"

“Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlərə hər birimiz kiçik addımlarla töhfə verə bilərik. Burada kiçik addımlar deyəndə sosial məsafəni, əllərin yuyulmasını və s. nəzərdə tuturam”.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Həm Azərbaycanda, həm də bütün dünyada bu təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər də olub. Amma bunu bilməliyik ki, əgər virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat da bərpa olunmayacaq”, - o bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}