Mikayıl Cabbarov: "Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb"
Tarix: 30-06-2020 11:07 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb"

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.

Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, - deyə nazir qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər