SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb
Tarix: 30-06-2020 15:26 | Bölmə: İqtisadiyyat
SOCAR bu il 1 mlrd manatdan çox kredit qaytarıb

2020-ci ilin ötən dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli və beynəlxalq banklara manat ifadəsində 1,082 mlrd manatlıq kredit ödəyib.

Bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

SOCAR-ın builki kredit ödənişinin digər valyutalar üzrə bölgüsü belədir: 522 mln ABŞ dolları (887 mln manat), 545 mln Türkiyə lirəsi (156 mln manat), 144 mln Rusiya rublu (4 mln manat), 16 mln Gürcü larisi (9 mln manat).

Şirkətin manatla ödənişi isə 26 mln manat təşkil edib.

Hesabat dövründən sonrakı müddətdə şirkət yerli və xarici banklardan 1,171 mlrd manat məbləğində qısa və uzunmüddətli kredit cəlb edib.

Cəlb edilmiş kreditin digər valyutalar üzrə bölgüsü: 567 mln ABŞ dolları (964 mln manat), 24 mln avro (46 mln manat), 537 mln Türkiyə lirəsi (153 mln manat), 308 mln Rusiya rublu (8 mln manat).

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər