Banklarda dollara təlabat artıb
Tarix: 07-07-2020 13:08 | Bölmə: İqtisadiyyat
Banklarda dollara təlabat artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Reyting.az-a verilən məlumata görə, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,3% və ya 0,7 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər