Azərbaycanda neft hasilatı azalıb
Tarix: 09-07-2020 09:38 | Bölmə: İqtisadiyyat
Azərbaycanda neft hasilatı azalıb

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 17,8 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Hesabat dövründə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 12,2 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 mln. ton təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər