ABŞ-ın neft ehtiyatları yenidən artıb
Tarix: 09-07-2020 12:37 | Bölmə: İqtisadiyyat
ABŞ-ın neft ehtiyatları yenidən artıb

Ötən həftənin yekunlarına görə (29 iyun – 3 iyul), ABŞ-ın kommersiya neft ehtiyatları 5,65 mln. barel artaraq 539,18 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3,11 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər