Muzdlu işçilərə 95 milyon 632 manat dəstək verilib
Tarix: 20-07-2020 17:27 | Bölmə: İqtisadiyyat
Muzdlu işçilərə 95 milyon 632 manat dəstək verilib

“212 min muzdlu işçinin əməkhaqqı üçün 95 milyon 632 manat dəstək verilib”.

Reyting.az
-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri üçün qanunvericiliyə dəyişiklik edilib: “Sahibkarlara veriləcək yarım milyard manata qədər kreditin faizlərinin subsidiyalaşdırılması üçün 10 milyon manat ayrılıb. Bu istiqamət üzrə 352 milyon manatdan çox vəsait xərclənib”.

Ş. Mövsümov qeyd edib ki, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib: “Azərbaycan bu gün bir neçə cəbhədə mübarizə aparır. Bu, Ermənistanla Tovuz istiqamətində mübarizə, digər istiqamət isə koronavirusla mübarizədir. Biz bütün cəbhələrdə qalib gələcəyik”.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər