ARDNF 6 ay ərzində 4 010,1 milyon ABŞ dolları satıb
Tarix: 23-07-2020 21:26 | Bölmə: İqtisadiyyat
ARDNF 6 ay ərzində 4 010,1 milyon ABŞ dolları satıb

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hərraclar vasitəsilə 4 010,1 milyon ABŞ dolları satıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə ARDNF daxil olan sorğulara cavabında bildirib.

Fond bildirir ki, satılan vəsaitin bir hissəsi (5 675,0 milyon manat) yanvar-iyun ayları ərzində plana uyğun şəkildə dövlət büdcəsinə transfert edilib.

ARDNF-in 2020-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinə dair təqdimatını (https://www.oilfund.az/storage/uploads/wwfnsts4ng.pdf) My Webpage ictimaiyyətə açıqlayıb. Təqdimatda da qeyd edilir ki, 01 iyul tarixinə ARDNF-nin aktivlərinin tərkibinə digər valyutalarla yanaşı 586,7 milyon ABŞ dolları ekvivalentində, yəni 997,3 milyon manat daxildir ki, bu vəsait də ARDNF-nin Mərkəzi Bankdakı hesabında saxlanılır və plana uyğun olaraq manatla olan öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə ediləcəkdir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər