Bakıya yeni su xətti çəkiləcək
Tarix: 27-07-2020 16:54 | Bölmə: İqtisadiyyat
Bakıya yeni su xətti çəkiləcək

III Şollar su kəməri çəkiləcək. 

Reyting.az
-ın məlumatına görə, bu Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. 

Sənədə əsasən, “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək. 

Bundan əlavə, Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanacaq. 

Sənədə əsasən, “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-ci ilin avqust–sentyabr aylarında Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmənin həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər