Tədbirlər Planı: KTN və ASC rəhbərlərinə də tapşırıqlar verilib
Tarix: 27-07-2020 17:07 | Bölmə: İqtisadiyyat
 Tədbirlər Planı: KTN və ASC rəhbərlərinə də tapşırıqlar verilib

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC-yə tapşırıq verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər planına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC mütəmafdi olaraq, suvarılan torpaqlarda əkin strukturunun müəyyən edilməsi və ona uyğun tərtib olunan suvarma qrafikləri əsasında suvarma dövrü başlamamışdan üç ay əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan su sifarişinin formalaşdırılması və suyun verilməsinin bu sifarişə uyğun həyata keçirilməsini təmin etməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər