00:18 / 04-09-2025
Millimiz qalib gəlib
17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
“Sədərək” ticarət mərkəzindəki mağazalar avqustun 5-dən fəaliyyətə başlayacaq
Tarix: 27-07-2020 19:13 | Bölmə: İqtisadiyyat
 “Sədərək” ticarət mərkəzindəki mağazalar avqustun 5-dən fəaliyyətə başlayacaq

Bakının “Sədərək” ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.

Reyting.az
 xəbər verir ki, ticarətçilərdən biri Hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.

Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.

Hazırda bəzi sahibkarlar vaxtaşırı “Sədərək”ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.

Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.




Bölməyə aid digər xəbərlər