18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hikmət Hacıyev: "24825 vergi ödəyicisinə yardım olunub"
Tarix: 03-08-2020 17:37 | Bölmə: İqtisadiyyat
Hikmət Hacıyev: "24825 vergi ödəyicisinə yardım olunub"

"Dövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan etibarən sosial-iqtisadi yardım paketləri davam etdirilir”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Pandemiyadan əziyyət çəkmiş vergi ödəyicilərinə, sahibkarlıq subyektlərinə dəstəyin verilməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətində olan səylər davam etdiriləcək. 28 iyul 2020 tarixinədək maliyyə dəstəyi üçün 272 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisi müraciət edib. 24 825 vergi ödəyicisinə müvafiq ödəmələr həyata keçirilib”




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər