Pensiyalar və digər sosial ödənişlərdə azalma olmayacaq - Deputat
Tarix: 04-08-2020 10:24 | Bölmə: İqtisadiyyat
Pensiyalar və digər sosial ödənişlərdə azalma olmayacaq

Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə azalma olmayacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir. Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək.

M. Quliyev Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara münasibət bildirərkən bu azalmalara yenidən baxmağın lazım olduğunu diqqətə çatdırıb: “Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}