Samir Şərifov: “Tibb işçiləri üçün əlavə vəsaitin cəlb olunmasına ehtiyac var”
Tarix: 04-08-2020 15:59 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: “Tibb işçiləri üçün əlavə vəsaitin cəlb olunmasına ehtiyac var”

“Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq koronavirusla mübarizə aparan tibb işçilərinin vəzifə maaşlarına xüsusi müddətli əlavələr təyin olunur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, həmin tədbirin maliyyələşdirilməsinə əlavə vəsaitin cəlb olunmasına ehtiyac var: “Digər tərəfdən zəruri tibbi avadanlıqların və başqa ehtiyacların maliyyələşdirilməsinə, bir sıra xəstəxanaların koronavirus xəstələrinin müalicəsi üçün yenidən istifadəyə verilməsinə vəsait ayrılacaq”.

Report




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}