18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət büdcəsinin xərcləri 600 milyon manatadək artırılır
Tarix: 05-08-2020 12:02 | Bölmə: İqtisadiyyat
Dövlət büdcəsinin xərcləri 600 milyon manatadək artırılır

“Cari ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri azalacaq”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

Onun sözlərinə görə, Fondun aktivləri əvvəlki səviyyəyə qayıdıb: “Hökumət o fikirdədir ki, xərclərin artırılması daha məqsədə uyğundur. Məhz buna görə, dövlət büdcəsinin xərcləri 600 milyon manatadək artırılır. Hazırda yaranmış xüsusi şəraiti nəzərə alaraq büdcə qaydasının müvəqqəti dayandırılması vacib əhəmiyyət kəsb edir. Ölkə başçısının rəhbdərliyi ilə xalqımız pandemiyanın yaratdığı həssas dövrü arxada qoyacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər