18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Milli Məclis dövlət büdcəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb
Tarix: 07-08-2020 11:15 | Bölmə: İqtisadiyyat
Milli Məclis dövlət büdcəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb

Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Reyting.az
xəbər verir ki, qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. T. Mirkişili bildirib ki, qanun layihəsinin müzakirəsində ümumi olaraq 32 deputat çıxış edib:

“Komitə iclasında 8, qanun layihəsinin müzakirəsi zamanı isə 24 deputat çıxış edib. Qanun layihəsinin olduğu kimi saxlanılması məqbul hesab olunub. Amma həmkarlarımızın verdiyi təkliflər də diqqətdə saxlanılacaq”.

T. Mirkişili qeyd edib ki, pandemiyanın və neftin qiymətinin ucuzlaşmasının büdcəyə müəyyən təsiri olub: “Müəyyən iqtisadi layihələrin dayandırılıb. Xarici borca, devalvasiyaya getmədən, problemləri vətəndaşın üzərinə qoymadan pandemiyanın yaratdığı nəticələr dərin təhlil olunub və vəziyyətdən çıxmağı hədəflənib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər