18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bu bölgələrdə yaşayanlara 190 manat yardım olunacaq - Siyahı
Tarix: 07-08-2020 21:21 | Bölmə: İqtisadiyyat
Bu bölgələrdə yaşayanlara 190 manat yardım olunacaq - Siyahı

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib. 

Reyting.az
xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər