18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
61 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 10-08-2020 10:35 | Bölmə: İqtisadiyyat
61 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin növbəti hərracı 8 sentyabr tarixində təşkil ediləcək. İqtisadiyyat Nazirliyinin məlumatına görə, hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si səhmdar cəmiyyəti, 28-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 16-sı nəqliyyat vasitəsidir.

Məlumatda bildirilir ki, aqrar, sənaye, nəqliyyat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsi, həm də tikili ayrıca qiymətləndirilib.

Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Hərraca müxtəlif markalara aid, fərqli istehsal tarixli nəqliyyat vasitələri də çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti hərraclarda hər kəsin şəffaf və rahat iştirakını təmin edir. Hərraclarda iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər