18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Təhsil Nazirliyi vergi borcu olan MMC-yə 1 mln. 610,9 min manat verəcək
Tarix: 14-08-2020 13:27 | Bölmə: İqtisadiyyat
Təhsil Nazirliyi vergi borcu olan MMC-yə 1 mln. 610,9 min manat verəcək

Azərbaycan Respublikası Təhsil Nazirliyi qurumun aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında qeyd edilir ki, tenderin qalibi “Nərmin-H.N” MMC-dir.

Qalib şirkətə 1 mln. 610,9 min manat ödəniləcək.

Qeyd edək ki, şirkətin 218,31 manat vergi borcu var.

“Nərmin-H.N” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi isə Nəriman Asif oğlu Hacıyevdir.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər