18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Restoran və kafelər necə işləyəcək? - Xəbərdarlıq
Tarix: 17-08-2020 15:34 | Bölmə: İqtisadiyyat
Restoran və kafelər necə işləyəcək? - Xəbərdarlıq

Sabahdan etibarən açıq havada fəaliyyət göstərəcək ictimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.

Reyting.az
 Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər