18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Keçmiş deputatın şirkətinə 7 milyon manat ayrılıb - Tender
Tarix: 17-08-2020 16:56 | Bölmə: İqtisadiyyat
Keçmiş deputatın şirkətinə 7 milyon manat ayrılıb

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Xatırladaq ki, “Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər