18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dollar aparıcı valyutalara nisbətən ucuzlaşır
Tarix: 19-08-2020 11:34 | Bölmə: İqtisadiyyat
Dollar aparıcı valyutalara nisbətən ucuzlaşır

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Məlumata görə, bahalaşmaqda olan EUR/USD məzənnəsinin də 1.21$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. GBP/USD məzənnəsi üzrə proqnozların çoxu da 1.34$-ın bahalaşması istiqamətindədir. Avro və Funt üzrə proqnozlar özünü doğruldacağı təqdirdə bu, cümə günü açıqlanacaq göstəricilərin artıq qiymətlərdə öz əksini tapması kimi qiymətləndirilə bilər.

Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma davam edir. Təhlillərə əsasən, 1976$ dəstək səviyyəsi qorunarsa, bir unsiya üzrə qiymət 2032 və 2083$-a kimi də dəyər qazana bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.(Marja)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər