Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya cəlb olunub
Tarix: 19-08-2020 13:59 | Bölmə: İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya cəlb olunub

Bu ilin yanvar-iyul ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 mln. manatı və ya 87,6%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}