18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
AQTA-ya 22 xidməti maşın veriləcək - Qərar
Tarix: 26-08-2020 18:11 | Bölmə: İqtisadiyyat
AQTA-ya 22 xidməti maşın  veriləcək - Qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat və Ərazi və yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib. 

Belə ki, Agentlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 22 olur. Avtomobillərin 11-i aparat üzrə, 11-i isə ərazi və yerli bölmələri üzrə verilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər