18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın Müdafiə və milli təhlükəsizlik xərcləri 3,954 milyard manatdan çox olacaq
Tarix: 03-09-2020 12:20 | Bölmə: İqtisadiyyat
Azərbaycanın Müdafiə və milli təhlükəsizlik xərcləri 3,954 milyard manatdan çox olacaq

Gələn ilin Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılması gözlənilən vəsaitin xüsusi çəkisi açıqlanıb.

Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3 faizi həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il Müdafiə və milli təhlükəsizlik xərcləri 3,954 milyard manatdan çox olacaq.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər