18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın 2021-ci il xərc siyasətində su və ərzaq ehtiyatı əsas götürülüb
Tarix: 03-09-2020 14:29 | Bölmə: İqtisadiyyat
Azərbaycanın 2021-ci il xərc siyasətində su və ərzaq ehtiyatı əsas götürülüb

2021-ci ildə Azərbaycanın xərc siyasətinin əsas istiqamətlərindən biri su təhlükəsizliyinin, içməli su ehtiyatlarının, kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin etmək üçün məqsədli layihələrin maliyyələşdirilməsi olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, 2021-ci ildə xərc siyasətinin mühüm istiqamətlərindən biri kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi üçün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir.

2021-ci il və orta müddətli dövrdə regionlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun inkişafı üçün əlverişli mühitinin formalaşdırılması, kənd təsərrüfatı sektoruna dövlət qayğısının artırılmasının davam etdirilməsi prioritet xərc istiqaməti kimi qəbul olunub.

Kənd təsərrüfatı sahəsində dövlət proqramlarının icrası və kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi 2021-ci ildə də davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər