18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bu şəxslərə 160 və 480 manat müavinət veriləcək - Yeni qanun
Tarix: 09-09-2020 12:24 | Bölmə: İqtisadiyyat
Bu şəxslərə 160 və 480 manat müavinət veriləcək - Yeni qanun

“Uşaq hüquqları Prezidentin diqqət mərkəzindədir. Qanunvericilikdə 19 müavinətin yarısı da məhz uşaqlarla bağlıdır”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Mussa Quliyev bildirib.

M. Quliyev deyib ki, “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər