18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət Departamenti: BTQ Gürcüstanın tranzit perspektivlərini genişləndirib
Tarix: 10-09-2020 10:35 | Bölmə: İqtisadiyyat
Dövlət Departamenti: BTQ Gürcüstanın tranzit perspektivlərini genişləndirib

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın tranzit perspektivlərini genişləndirib.

Bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanın investisiya mühiti ilə bağlı 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, tranzit və logistika Gürcüstan üçün prioritet sektorlardır: “Gürcüstan Şərq və Qərb arasında artan ticarətdən faydalanmağa çalışır”.

Hesabatda Anaklia dərin dəniz limanı layihəsinin həyata keçirilməsi ilə bağlı gecikmələrin olduğuna da toxunulub: “Gürcüstan hökuməti 2020-ci ildə “Anaklianın İnkişaf Konsorsiumu” ilə müqaviləyə layihə üçün tələb olunan kapitalın səfərbər olunmaması səbəbindən xitam verib. Buna baxmayaraq, hökumət dəniz limanının inşasına sadiq qaldığını və layihə ilə bağlı təkrar tender elan edəcəyini bildirib”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər