18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
MİDA: "Sentyabrın 14-də güzəştli mənzillərin növbəti seçimi başlayacaq"
Tarix: 10-09-2020 18:02 | Bölmə: İqtisadiyyat
MİDA: "Sentyabrın 14-də güzəştli mənzillərin növbəti seçimi başlayacaq"

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27,2 saylı binası üzrə 96,3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi və mənzillərin seçimi başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Reyting.az-a verilən məlumata görə, satışa çıxarılan 502 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 15 453 nəfərdir.

“Bugünkü satış zamanı 502 mənzilin seçimində iştirak edənlərin sayı 1 301 nəfər olub. Bu saata olan məlumata görə seçilən 502 mənzilin 445-i vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib”, - deyə MİDA-dan bildirilib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər