18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əmanətçilərə 517,1 milyon manatdan çox kompensasiya ödənilib
Tarix: 12-09-2020 14:01 | Bölmə: İqtisadiyyat
Əmanətçilərə 517,1 milyon manatdan çox kompensasiya ödənilib

Ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə bu ilin iyun ayının 16-dan sentyabrın 11-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən 180,65 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondunun məlumatına görə, "AGBank" üzrə 3 851 əmanətçiyə 70,85 mln. manat, "NBCBank" üzrə isə 3 778 əmanətçiyə 109,79 mln. manat kompensasiya verilib.

Ləğv prosesində olan digər banklar -"Amrahbank" və "Atabank"ın əmanətçilərinə iyunun 1-dən sentyabrın 11-dək "Kapital Bank" tərəfindən 336,45 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 465 əmanətçiyə ödənilən məbləğ 129,74 mln. manat, "Atabank" üzrə isə 8 940 əmanətçiyə 206,70 mln. manat kompensasiya verilib.

Ümumilikdə, sentyabrın 11-nə ləğv prosesində olan 4 bank üzrə 22 034 əmanətçiyə 517,1 mln. manatdan çox kompensasiya ödənilib.

Son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər